Yuxarı
    Bağlamaq

    Azərbaycan Dövlət Dəniz Administrasiyası tender keçirir

    Tenderdə iştirak pulsuzdur

    Bakı. 11 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Dəniz Administrasiyası (ARDDA) dənizçilik sahəsinə aid mətbəə və çap məhsullarının satın alınması (Lot-1) və inzibati binasının cari təmiri (Lot-2) ilə bağlı açıq tender elan edib.

    “Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

    Məlumata görə, tenderdə iştirak pulsuzdur. İddiaçılar ilkin sənədləri martın 27-nə qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə aprelin 3-nə qədər ARDDA-nın yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Xanlar küçəsi, 2B ünvanına təqdim etməlidirlər. Əlaqələndiri şəxs Etibar Bağırovdur. Telefon: (012) 497-44-05 (daxili 108);

    Təkliflərə aprelin 4-də qeyd olunan ünvanda baxılacaq. Tender prosedurunda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər. Təkliflərin qiymətləndirilməsində aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti kimi meyarlara üstünlük veriləcəkdir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi