Yuxarı
    Bağlamaq

    ​Azərbaycan dəri ayaqqabı istehsalını kəskin azaldıb

    Bununla yanaşı, dəri istehsalı illik müqayisədə 19% artıb

    Bakı. 29 dekabr. REPORT.AZ/ Cari ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda 57 min cüt dəri ayaqqabı istehsal olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 45,8% azalma olduğunu göstərir. 

    "Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu müddətdə dəri istehsalı isə əksinə 19,1% artaraq 965,8 min kv. metrə çatıb.

    Qiymətlə müqayisəyə gəlincə isə yanvar-noyabr ayları ərzində dəri, dəridən məmulatlar və ayaqqabı istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 50,8% azalaraq 16,4 mln. manat təşkil edib.

    Qeyd edək ki, dəri və dəri məmulatları, ayaqqabıların istehsalı müəssisələri əmək haqlarının daha yüksək artımı müşahidə edilən emal sənayesi sahələrindən olub. Yanvar-oktyabr aylarında dəri və dəri məmulatları, ayaqqabı istehsalı müəssisəslərində bir işçinin orta aylıq əmək haqqı 517,3 manat təşkil edib və bu, illik 9,5% artım deməkdir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi