Yuxarı
    Bağlamaq

    ​Azərbaycan bu il Türkiyəyə daha çox sərmayə yatıran 6-cı ölkə olub

    Bu göstəriciyə görə Azərbaycan Böyük Britaniya, Yaponiya, Almaniya, Fransa və ABŞ-ı geridə qoyub

    Bakı. 28 sentyabr. REPORT.AZ/ Azərbaycan 2015-ci ilin yanvar-iyun aylarında Türkiyəyə ən çox investisiya yatıran ölkələrin siyahısında 6-cı yeri tutub. Azərbaycan investorlarının Türkiyə iqtisadiyyatına məcmu investisiyalarının həcmi 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 103 mln. dollar və ya 58% artaraq 281 mln. dollara çatıb.

    "Report"un Türkiyə İqtisadiyyat Nazirliyinə istinadən verdiyi xəbərə görə, 2015-ci ilin ilk yarısında Türkiyəyə ən çox kapital daxilolması Rusiya tərəfindən (752 mln. dollar) həyata keçirilib. Bununla da Rusiya keçən il lider olan Hollandiyanı qabaqlayıb. Hollandiyanın kapital qoyuluşu isə bu il 586 mln.dollar olub.

    Qeyd edək ki, Azərbaycan Türkiyəyə kapital transfertlərində Böyük Britaniya, Yaponiya, Almaniya, Fransa və ABŞ kimi ölkələri geridə qoyub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi