Bakı. 12 aprel.
"Report" xəbər verir ki, bunu Bakıda keçirilən IV Beynəlxalq "Caspian Energy Forum-2017"-də çıxışı zamanı iqtisadiyyat nazirinin müavini Sahil Babayev bildirib.
O qeyd edib ki, Birləşmiş Ərəb Əmirlikləri və Çində ticarət nümayəndəliklərinin yaradılması planlaşdırılır. Onun sözlərinə görə, hazırda Ukrayna və Rusiyada ticarət evlərinin yaradılması istiqamətində işlər aparılır.
"Xarici ölkələrdə logistika mərkəzləri yaradılır. Artıq Aktauda belə mərkəz var. Qazaxıstan Prezidentinin göstərişi ilə güzəştli şərait yaradılacaq. Bu da bizim kənd təsərrüfatı mallarının ixracında mühüm rol oynayacaq", - deyə S.Babayev qeyd edib.
Nazir müavini bildirib ki, bu ilin I rübündə Azərbycanın ixracı 50% artıb. Onun sözlərinə görə, qeyri-neft sektorunun ixracı 32,5% artıb: "Sənayə məhsullarının ixracı 25% artıb, tərəvəz ixracı 45%, pambıq ixracı 3,6 dəfə, şərab məhsullarının ixracı 29%, kimya sənayesi məhsullarının ixracı isə 85% artıb".
Nazirlik rəsmisi qeyd edib ki, bu rəqəmlər ciddi göstəricilərdir və görülən işlərin, ölkədə aparılan islahatların nəticəsidir.