Azərbaycan Aİ ölkələrinə nar ixrac edə bilər
Biznes
- 18 oktyabr, 2018
- 11:12
Bakı. 18 oktyabr. REPORT.AZ/ Azərbaycan Avropa İttifaqına (Aİ) daxil olan 4 ölkəyə - Almaniya, Fransa, Latviya və Polşaya nar ixrac edə bilər.
Bu barədə "Report"a açıqlamasında Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının katibi Şahin Həsənli məlumat verib.
Onun sözlərinə görə, hazırda bu istiqamətdə danışıqlar aparılır, müqavilələrin bağlanılması gözlənilir.
Qeyd edək ki, hazırda Azərbaycanın nar ixracında əsas istiqamət qonşu Rusiyadır.
Assosiasiya rəsmisi onu da deyib ki, bu il nar ixracının ötən illə müqayisədə 20-25% çox olacağı proqnozlaşdırılır.
Xatırladaq ki, Azərbaycan adı çəkilən ölkələrdən Polşaya həm də xurma ixrac etməyi planlaşdırır.
Son xəbərlər
13:01
Azərbaycanda Qərb Sənaye Parkı yaradılacaq
Sənaye13:01
Hacıqabul Sənaye Parkında yeni istehsal sahəsi yaradılır
İqtisadiyyat13:01
Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək
Mədəniyyət siyasəti12:58
Foto
Video
Vilayət Eyvazov Cəlilabadda vətəndaş qəbulu və sıra baxışı keçirib
Hadisə12:55
Azərbaycanda yağan güclü yağışlar 2100 hektara yaxın əkin sahəsinə zərər vurub
ASK12:54
İraqda "Castrol" neft bazası PUA-larla vurulub
Digər ölkələr12:52
Ötən ay 5 min hektardan çox ərazi minalardan təmizlənib
Daxili siyasət12:49
Azərbaycanda Elektroliz zavodunun illik istehsal gücü 100 min tona çatdırılacaq
Sənaye12:46