"AvtoVAZ" bəzi avtomobilləri bahalaşdırır

"AvtoVAZ" bəzi avtomobilləri bahalaşdırır Gəlirlərin azalması səbəbindən şirkət avqustun 1-dən bəzi modellərin qiymətini artırır
Biznes
30 İyul , 2015 14:15
AvtoVAZ bəzi avtomobilləri bahalaşdırır

Bakı. 30 iyul. REPORT.AZ/ Rusiyanın “AvtoVAZ” şirkəti avqustun 1-dən etibarən bəzi avtomobil modellərinin qiymətini 4% artıracaq. Şirkətin ölkədəki cari iqtisadi vəziyyətlə əlaqədar olaraq, satış həcmi 27% azalıb və bu, gəlirlərin azalmasına səbəb olub.

“Report” xarici mediaya istinadən bildirir ki, şirkətin gəlirləri azalıb və istehsal olunan avtomobillərin maya dəyəri yüksəldib. 

“AvtoVAZ” bu il antiböhran tədbirləri çərçivəsində 20 mlrd. rubl vəsaitə qənaət etməyi və xərlcəri azaltmağı planlaşdırır. Qiyməti artırılacaq modellər “Lada Granta”, “Lada Kalina” və “Lada 4x4” olacaq.

Qeyd edək ki, ilk yarımillikdə şirkətin gəlirləri 89,2 mlrd. rubl olub, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 2,2% azdır.

Son xəbərlər

Orphus sistemi