Avropanın avtomobil bazarında azalma gözlənilir

Avropanın avtomobil bazarında azalma gözlənilir Bu il Avropada yeni avtomobillərin satışı son 7 ildə ilk dəfə 2% azalacaq.
Biznes
23 Yanvar , 2020 17:30
Avropanın avtomobil bazarında azalma gözlənilir

Bu il Avropada yeni avtomobillərin satışı son 7 ildə ilk dəfə 2% azalacaq.

“Report” “Kommersant”a istinadən xəbər verir ki, bu proqnozla Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA – Association des Constracteurs Europeens d’Automobiles) ekspertləri çıxış edib. 

Onların fikrincə, azalmaya səbəb Avropa İttifaqında zərərli tullantılara dair tələblərin sərtləşdirilməsi, ekoloji təmiz nəqliyyatın daha geniş tətbiqidir. 

Xatırladaq ki, ötən il qitənin avtomobil bazarında satış 1,2%, təkcə dekabrda isə 21,7% artıb, il ərzində 15,3 milyon avtomobil satılıb.

“Sənayemizin ekoloji avtomobillərə sərmayələrini getdikcə artırdığı bir vaxtda bütövlükdə avtomobil bazarı nəinki Avropa İttifaqında, bütün dünyada azalmalıdır”, - deyə ACEA prezidenti, “Fiat Chrysler Automobiles”in baş direktoru Maykl Manli fikrini bildirib.

Son xəbərlər

Orphus sistemi