Yuxarı

Avropa İttifaqı şirkətləri Azərbaycanda biznes üçün riskləri açıqlayıb - YENİLƏNİB

​Avropa İttifaqı şirkətləri Azərbaycanda biznes risklərini açıqlayıb

İlk xəbər saat 09:32-də verilib

Azərbaycanda fəaliyyət göstərən Avropa İttifaqı (Aİ) şirkətlərinin 65%-i Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) tabeliyindəki Elektron Hökumətin İnkişafı Mərkəzinin effektivliyini yüksək qiymətləndirir.

“Report” xəbər verir ki, bu barədə Alman-Azərbaycan Xarici Ticarət Palatasının rəy sorğusu əsasında hazırladığı “Aİ və Azərbaycanda Biznes Mühiti-2019” hesabatında bildirilir.

Sənədə əsasən, Aİ şirkətlərinin 75%-i yenidən Azərbaycana investisiya qoya biləcəklərini, 18%-i buna əmin olmadığını, 7%-i isə ölkəyə yenidən investisiya qoymayacağını qeyd edib. 

Bundan başqa, şirkətlərin 64%-i bu il ölkənin iqtisadi perspektivlərin sabit qalacağını bildirib. 

Şirkətlər Azərbaycanda biznes üçün riskləri də açıqlayıb. Rəyi soruşulanların 68%-i bazarın qeyri- müəyyən istiqamətdə inkişafını, 61%-i bürokratiyanı, 57%-i korrupsiyanı, 53%-i ixtisaslı kadr çatışmazlığını, 46%-i isə inflyasiyanı risk kimi göstəriblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi