Yuxarı

ATİB İdarə Heyətinin üzvləri Şimali Kiprdə olub

ATİB ilə Kipr Türk Sənaye və Kipr Türk Ticarət odaları arasında əməkdaşlıq memorandumu imzalanıb

Bakı. 5 avqust. REPORT.AZ/ Azərbaycan Türkiyə İş adamları Birliyi (ATİB) İdarə Heyətinin üzvləri Şimali Kipr Türk Respublikasına (ŞKTR) səfər ediblər.

ATİB-dən "Report"a verilən məlumata görə, səfər çərçivəsində heyətini ŞKTR-nin Azərbaycandakı təmsilçisi Sadettin Topukçu müşayiət edib.

Səfər çərçivəsində heyət ilk olaraq ŞKTR-nin prezidenti Mustafa Akıncını ziyarət ediblər. M.Akıncı Azərbaycanın kiprli türklər üçün çox vacib bir ölkə olduğunu vurğulayıb və iş adamlarının Kiprə sərmayə yatırmaq fikrini alqışlayıb.

Daha sonra ATİB İdarə Heyəti parlamentin sədri Sibel Siber ilə görüşüb. ATİB İdarə Heyətinin sədri Cemal Yangın səfərin məqsədinin Türkiyə və Azərbaycan arasında ticarət əlaqələrini inkişaf etdirməkdən ibarət olduğunu vurğulayıb. Növbəti görüş ŞKTR xarici işlər naziri Emine Çolak ilə keçirilib.

Səfər çərçivəsində ATİB ilə Kipr Türk Sənaye və Kipr Türk Ticarət odaları arasında əməkdaşlıq memorandumu imzalanıb.

ATİB nümayəndə heyəti səfər zamanı həmçinin kiprli iş adamları ilə də görüşlər keçirib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi