Arif Rəhimzadə: "Yerli özünüidarəetmə məhdudiyyətlərə məruz qalır"

Arif Rəhimzadə: "Yerli özünüidarəetmə məhdudiyyətlərə məruz qalır" Bakı. 13 noyabr. REPORT.AZ/ Yerli özünüidarəetmə məhdudiyyətlərə məruz qalır. Hər bir nazirlik rayonlarlarası strukturlar da yaradır ki, bu da yerli orqanların fəaliyyətini məhdudlaşdırır.
Biznes
13 Noyabr , 2017 12:27
Arif Rəhimzadə: Yerli özünüidarəetmə məhdudiyyətlərə məruz qalır

Bakı. 13 noyabr. REPORT.AZ/ "Yerli özünüidarəetmə məhdudiyyətlərə məruz qalır. Hər bir nazirlik rayonlarlarası strukturlar da yaradır ki, bu da yerli orqanların fəaliyyətini məhdudlaşdırır".

"Report"un verdiyi xəbərə görə, bu barədə parlamentin Regional məsələlər Komitəsinin sədri Arif Rəhimzadə bu gün Milli Məclisdə Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Gənclər və idman, Regional məsələlər və Mədəniyyət komitələrinin birgə iştirakı ilə 2018-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı bildirib.

"2018-ci ildə bələdiyyələrə 5,2 mln. manat pul ayrılır. Bunun bir hissəsinin subvensiya formasında ayrılması, yəni konkret layihələrin icrasına yönləndirilməsi daha yaxşı olardı", - deyə, o qeyd edib.

Son xəbərlər

Orphus sistemi