Yuxarı

ARDNF-də Uruqvayın Nümayəndələr Palatasının sədrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib

Bakı. 26 oktyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov ilə Uruqvayın Nümayəndələr Palatasının sədri Xorxe Qandininin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

“Report” Fonda istinadən xəbər verir ki, görüş zamanı Ş.Mövsümov ARDNF-in tarixi, məqsəd və vəzifələri, investisiya siyasəti və investisiya portfeli, Fondun vəsaiti hesabına maliyyələşdirilən layihələr, şəffaflıq və hesabatlılığın təmin edilməsi sahəsində görülən işlər, “Santyaqo Prinsipləri”, makroiqtisadi sabitliyin və fiskal dayanıqlığın tənzimlənməsində ARDNF-in rolu barədə məlumat verib.

Uruqvayın Nümayəndələr Palatasının sədri Azərbaycana gəlişindən məmnunluq duyduğunu bildirib. Uruqvaydakı iqtisadi vəziyyət barədə məlumat verən X.Qandini Azərbaycan və Uruqvay arasında ikitərəfli münasibətlərin gələcəkdə daha da inkişaf edəcəyinə ümid etdiyini bildirib.

Nümayəndə heyəti Fondun binası və muzeyi ilə tanış olublar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu bölməyə aid digər xəbərlər

Digər xəbərlər>

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi