"Apple" Britaniyanın "Shazam" musiqi tanıma xidmətini alıb

"Apple" Britaniyanın "Shazam" musiqi tanıma xidmətini alıb Sövdələşmənin dəyəri 401 milyon dollar təşkil edir
Biznes
12 Dekabr , 2017 05:55
Apple Britaniyanın Shazam musiqi tanıma xidmətini alıb

Bakı. 12 dekabr. REPORT.AZ/ "Apple" Britaniyanın "Shazam" musiqi tanıma xidmətini alıb.

“Report” xəbər verir ki, bu barədə Amerika şirkətinin bəyanatına istinadən "The Verge" nəşri məlumat yayıb.

"Biz "Shazam" və onun istedadlı komandasının "Apple"yə qoşulmasından çox həyəcanlıyıq", - deyə "Apple"nin nümayəndəsi bildirib.

Sazişin bağlanmasını "Shazam" şirkəti də təsdiq edib.

Bu barədə xəbəri ilk olaraq "TechCrunch" portalı yayıb. Onun məlumatına görə, sövdələşmənin qiyməti 300 milyon funt sterlinq (401 mln. dollar) təşkil edir.

"Shazam" musiqinin tanınması üçün istifadə olunan pulsuz proqramdır. "Mac OS", "Windows", "iOS" və "Android"in istifadəsi üçün əlçatandır.

Son xəbərlər

Orphus sistemi