Azərbaycanda aparılan islahatlar aparıcı şirkətlərin nümayəndələri ilə müzakirə edilib

Azərbaycanda aparılan islahatlar aparıcı şirkətlərin nümayəndələri ilə müzakirə edilib İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı dünyanın aparıcı konsaltinq və innovativ şirkətlərinin – Microsoft, Visa, A.T.Kearney və PwC nümayəndələri ilə ayrılıqda görüşərək Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar barədə müzakirələr aparıb.
Biznes
7 Dekabr , 2019 17:37
Azərbaycanda aparılan islahatlar aparıcı şirkətlərin nümayəndələri ilə müzakirə edilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı dünyanın aparıcı konsaltinq və innovativ şirkətlərinin – "Microsoft", "Visa", "A.T.Kearney" və "PwC" nümayəndələri ilə ayrılıqda görüşərək Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar barədə müzakirələr aparıb.

Bu barədə “Report”a qurumdan bildirilib.

Məlumata görə, V.Qasımlı qeyd edib ki, bu il həyata keçirilən inqilabi sosial islahatlar və struktur və kadr islahatları müvafiq olaraq insan kapitalının və institutların inkişafı baxımından vacibdir: “Son 15 ildə 3,3 dəfə böyüyən Azərbaycan iqtisadiyyatının yenidən yüksək artım tempinə nail olması innovativ yanaşmadan asılıdır. Yaxşı idarəetmə, əlverişli biznes mühiti, bazarlara çıxış, texnologiyaların tətbiqi və insan kapitalının inkişafı əsas prioritetlərimizdir. Azərbaycanın de-industrializasiya mərhələsinə keçidi baş verir ki, iqtisadiyyatın əsas drayverlərindən biri xidmət sektorunun – informasiya və rabitə texnologiyaları, turizm, nəqliyyat və logistika – rolu da artır.”

Aparıcı şirkətlərin nümayəndələri Azərbaycandakı iqtisadi islahatları yüksək qiymətləndirməklə yanaşı, həm də bu prosesdə iştirak etdiklərini də bildiriblər. Azərbaycanla dünyanın aparıcı şirkətlərinin əməkdaşlıq imkanları da keçirilən görüşlərdə müzakirə edilib.

Eyni zamanda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin innovativ layihələri – Azexport.az, Enterpriseazerbaijan.com, Rəqəmsal Ticarət Qovşağı, Azranking.az, Monitoring.az, Azerp.az və Azkob.az – üzrə əməkdaşlığın gücləndirilməsi də qərara alınıb. Microsoft, Visa, A.T.Kearney və PwC şirkətlərinin nümayəndələri İİTKM-də fəaliyyət göstərən “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin fəaliyyətilə tanış olublar. 

Son xəbərlər

Orphus sistemi