"AmCham" Azərbaycan Prezidentinə müraciət edib - EKSKLÜZİV

"AmCham" Azərbaycan Prezidentinə müraciət edib - EKSKLÜZİV Azərbaycanda Amerika Ticarət Palatası təkliflər paketini dövlət başçısına təqdim edib
Biznes
11 Noyabr , 2016 12:30
AmCham Azərbaycan Prezidentinə müraciət edib - EKSKLÜZİV

Bakı. 11 noyabr. REPORT.AZ/ Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) "Ağ vərəq" (White paper) adlanan təkliflər paketini Azərbaycan Prezidentinə təqdim edib. "Report" xəbər verir ki, "Ağ vərəq"in tezliklə geniş ictimaiyyətə təqdim edilməsi nəzərdə tutulur.

Məlumata görə, bu yaxınlarda çapdan çıxan təkliflər paketi qurumun rəhbərliyi tərəfindən imzalanaraq ölkə başçısına təqdim edilib.

Qeyd edək ki, "White paper" Azərbaycanda gömrük, vergi, bank sektoru, miqrasiya sahələrində islahatların aparılması ilə bağlı təkliflər paketidir. Həmin təkliflərin bir çoxu artıq qəbul edilərək tətbiq olunub.

Son xəbərlər

Orphus sistemi