Almaniyanın 2 şirkəti Azərbaycan bazarını tərk edir

Almaniyanın 2 şirkəti Azərbaycan bazarını tərk edir “HeildelbergCement AG” və “Obermeyer Project Management GmbH” şirkətlərinin yerli filialları ləğv olunur
Biznes
20 Sentyabr , 2017 09:25
Almaniyanın 2 şirkəti Azərbaycan bazarını tərk edir
Report

Bakı. 20 sentyabr. REPORT.AZ/ Almaniyanın sement istehsalı ilə məşğul olan “HeildelbergCement AG” şirkətinin Azərbaycandakı filialı ləğv olunur.

“Report” Vergilər Nazirliyinə istinadən xəbər verir ki, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 90A ünvanına bildirə bilərlər.

Bundan başqa, Almaniyanın tikinti sektorunda məsləhət xidmətləri göstərən “Obermeyer Project Management GmbH” şirkəti də Azərbaycan bazarını tərk edir. Şirkətin yerli filialının ləğv olunkmasına qərar verilib. Kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi, ev 4/189, “Falez Plaza”, 5-ci mərtəbə ünvanına bildirə bilərlər. 

Son xəbərlər

Orphus sistemi