Almaniya və Azərbaycan ötən il 3 mlrd. avroya yaxın ticarət edib

Almaniya və Azərbaycan ötən il 3 mlrd. avroya yaxın ticarət edib Almaniya Azərbaycanın ixrac etdiyi neftin həcminə görə dünya ölkələri arasında 6-cı yerdədir
Biznes
11 Oktyabr , 2017 11:29
Almaniya və Azərbaycan ötən il 3 mlrd. avroya yaxın ticarət edib

Bakı. 11 oktyabr. REPORT.AZ/ Almaniya Azərbaycanın ixrac etdiyi neftin həcminə görə dünya ölkələri arasında 6-cı yerdədir. 

"Report" xəbər verir ki, bunu Almaniya-Azərbaycan biznes-forumunda çıxış edən Almaniyanın Azərbaycandakı səfirliyinin missiya rəhbərinin müavini Tereza Şönfeld (Theresa Schönfeld) deyib.

Onun sözlərinə görə, 2015-ci ildə Azərbaycan Almaniyaya 5,3 mln. ton xam neft ixrac edib. Ötənilki rəqəm isə hələ ki, məlum deyil. 

"Almaniyanın Cənubi Qafqaz regionu ölkələri ilə ticarət dövriyyəsinin 80%-i Azərbaycanın payına düşür. Ötən il iki ölkə arasında 2,9 mlrd. avro məbləğində ticarət olub". 

Son xəbərlər

Orphus sistemi