Almaniya səfirliyi ölkə sahibkarlarını Azərbaycanda peşə təhsilinin inkişafına pul qoymağa çağırıb

Almaniya səfirliyi ölkə sahibkarlarını Azərbaycanda peşə təhsilinin inkişafına pul qoymağa çağırıb Bakı. 16 oktyabr. REPORT.AZ/ Bu gün Bakıda “Sahibkar – Peşə Təhsili Əməkdaşlığı” adlı milli konfransı fəaliyyətə başlayıb.
Biznes
16 Oktyabr , 2018 10:40
Almaniya səfirliyi ölkə sahibkarlarını Azərbaycanda peşə təhsilinin inkişafına pul qoymağa çağırıb
0 : 00
0 : 00

Bakı. 16 oktyabr. REPORT.AZ/ Bu gün Bakıda “Sahibkar – Peşə Təhsili Əməkdaşlığı” adlı milli konfransı fəaliyyətə başlayıb. 

"Report" xəbər verir ki, tədbirin əsas təşkilatçısı Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasıdır.

Tədbiri giriş sözü ilə açan ASK prezidenti Məmməd Musayev son illər ölkə iqtisadiyyatına yatırılan sərmayələr haqqında danışıb.

O qeyd edib ki, son illər ölkə iqtisadiyyatına 250 mlrd. ABŞ dollarından çox sərmayə qoyulub ki, onun da 50%-dən çoxu xarici sərmayələrdir.

ASK prezidenti peşə təhsilinin Azərbaycan sahibkarları üçün önəmini də vurğulayıb.

Daha sonra çıxış edən Almaniyanın Azərbaycandakı səfirinin müavini xanım Suehl isə bildirib ki, təmsil etdiyi ölkə Azərbaycanda peşə təhsilinin inkişafında maraqlıdır. O, həmçinin Almaniya sahibkarlarını bu sahəyə maraq göstərməyə çağırıb.

Təhsil nazirinin müavini Firudin Qurbanov isə son 15 ildə Azərbaycanın peşə təhsili sahəsində bir çox uğurlar əldə etdiyini bildirib: "Peşə təhsili Azərbaycanda ixtisaslı kadrların hazırlanmasında və ÜDM-in səviyyəsinin artırılmasında xüsusi əhəmiyyətə malikdir. Son illər peşə təhsili sahəsində aparılan rasionallaşma siyasəti nəticəsində Bakı, Gəncə və Qəbələdə 34 peşə təhsili müəssisəsinin bazasında 14 peşə təhsili müəssisəsi yaradılıb".

Son xəbərlər

Orphus sistemi