"Alibaba"nın rəhbəri sentyabrda vəzifəsindən ayrılacaq

"Alibaba"nın rəhbəri sentyabrda vəzifəsindən ayrılacaq Bakı. 24 yanvar. REPORT.AZ/ Elektron ticarət nəhəngi Alibabanın qurucusu və rəhbəri Cek Ma 2019-cu ilin sentyabr ayında şirkətdən ayrılmaq planlarını təsdiqləyib.
Biznes
24 Yanvar , 2019 10:24
Alibabanın rəhbəri sentyabrda vəzifəsindən ayrılacaq
David A. Grogan | CNBC

Bakı. 24 yanvar. REPORT.AZ/ Elektron ticarət nəhəngi "Alibaba"nın qurucusu və rəhbəri Cek Ma 2019-cu ilin sentyabr ayında şirkətdən ayrılmaq planlarını təsdiqləyib.

"Report" TASS-a istinadən xəbər verir ki, o, bu barədə İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində jurnalistlərə bildirib.

Cek Ma jurnalistlərin sentyabrda "Alibaba"dan ayrılmaq planlarının dəyişib-dəyişməməsinə dair sualına "Qərar qərardır" deyə cavab verib.

Daha əvvəl bu barədə "Alibaba Group"a məxsus olan "South Morning Post" qəzeti yazıb. Cek Ma isə 2018-ci ilin sentyabr ayında həmkarlarına ünvanladığı məktubda yumşaq və uğurlu keçid təmin etmək məqsədi ilə daha bir il vəzifəsində çalışmaq niyyətində olduğunu açıqlayıb.

Bu ayrılıqdan sonra iş adamı "Alibaba"nın idarə heyətində qalacaq və azı 2020-ci ilə qədər şirkətin necə idarə olunduğuna nəzarət edəcək.

Son xəbərlər

Orphus sistemi