Aleksandr Tsıbulski: "Rusiya Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biri olaraq qalır"

Aleksandr Tsıbulski: "Rusiya Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biri olaraq qalır" "Ölkələr arasında dayanan vacib məsələ işgüzar dairələr üçün əlverişli şəraitin yaradılmasıdır"
Biznes
1 Noyabr , 2016 12:31
Aleksandr Tsıbulski: Rusiya Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biri olaraq qalır

Bakı. 1 noyabr. REPORT.AZ/ "Bu ilin yanvar-avqust aylarında ticarət dövriyyəsi 1 milyard dollardan bir qədər çox olub. Lakin bu il bu göstəricidə 40% azalma müşahidə olunur. Təəssüf ki, Rusiya ixracatında da azalma var".

"Report" xəbər verir ki, bunu 7-ci Azərbaycan-Rusiya Regionlararası Forumunda Rusiya Federasiyasının iqtisadi inkişaf nazirinin müavini Aleksandr Tsıbulski deyib.

O, Rusiyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biri olaraq qaldığını qeyd edib: "Rusiya Azərbaycanın ən böyük ticarət tərəfdaşları siyahısında üçüncü yeri tutur. Azərbaycan mallarının idxalının fiziki göstəriciləri 16,3% olub. Xidmətlərin dövriyyəsi isə yarım milyard dollar təşkil edib. Rusiyanın Azərbaycana yatırdığı sərmayə 3 milyard dollardır, onun artırılması üçün potensial var. Ümumilikdə ölkədə Rusiya kapitallı 600 şirkət fəaliyyət göstərir".

A.Tsıbulski Rusiyanın regionları arasında Azərbaycanın ən iri ticarət tərəfdaşları siyahısında Moskva, Tatarıstan, Başqırdıstan Respublikalarının və s. yer aldığını bildirib. O, ölkələr arasında dayanan vacib məsələnin işgüzar dairələr üçün əlverişli şəraitin yaradılması olduğunu deyib.

Nazir müavini, həmçinin tərəflər arasında digər sahələrdə də tədbirlər keçirildiyini, Azərbaycan və Rusiyanın bir sıra şəhərləri və regionları arasında qardaşlaşma barədə saziş olduğunu diqqətə çatdırıb.

"Humanitar əlaqələrə də toxunmamaq mümkün deyil. Hazırda 14 min azərbaycanlı tələbə Rusiyada ali təhsil alır", - deyə A.Tsıbulski deyib.

Forum barədə danışan nazir müavini onun işgüzar dairələr, işgüzar əlaqələrin inkişafı üçün səmərəli alət olduğunu vurğulayıb.

Son xəbərlər

Orphus sistemi