“Alatava Avtonəqliyyat 2” səhmdarlarına hesabat verəcək

“Alatava Avtonəqliyyat 2” səhmdarlarına hesabat verəcək Müəssisənin səhmdarlarının yığıncağı çağırılıb
Biznes
19 Aprel , 2017 08:55
“Alatava  Avtonəqliyyat 2” səhmdarlarına hesabat verəcək

Bakı. 19 aprel. REPORT.AZ/ İyunun 6-da, saat 15:00-da “Alatava – Avtonəqliyyat 2” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Məlumatda deyilir ki, yığıncağın gündəliyinə Cəmiyyətin 2016-cı ilin nəticələri haqqında hesabatının dinlənilməsi və digər məsələlər daxildir.

Xatırladaq ki, “Alatava – Avtonəqliyyat 2” ASC 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 158778 manatdır. 

Son xəbərlər

Orphus sistemi