​Aktau limanının prezidenti: "Azərbaycan istiqamətində yük axını xeyli artıb"

​Aktau limanının prezidenti: "Azərbaycan istiqamətində yük axını xeyli artıb" "Ukraynadan mal göndərənlər böyük yük axını vəd edirlər"
Biznes
16 Fevral , 2016 07:59
​Aktau limanının prezidenti: Azərbaycan istiqamətində yük axını xeyli artıb

Bakı. 16 fevral. REPORT.AZ/ "Azərbaycan istiqamətində yük axını xeyli artıb və onun Ukrayna tərəfdən artması gözlənilir".

"Report" "Astana TV"yə istinadən xəbər verir ki, bu barədə Aktau beynəlxalq dəniz limanının prezidenti Mixail Yalbaçyev məlumat verib.

"Ukraynadan mal göndərənlər böyük yük axını vəd edirlər. Oradan hələ ki, ayrıca qoşqulu yük maşınları gəlir. Türkiyə tərəfdən hələ ki, belə bir axın yoxdur. Yalnız logistika və qanunvericilik məqamları ilə bağlı məsələlər öyrənilir", – deyə dəniz limanının prezidenti bildirib.

Son xəbərlər

Orphus sistemi