Yuxarı
    Bağlamaq

    “Akkord”un Qazaxdakı şərab zavodu fəaliyyətsizdir

    “Qazax Şərab-1” ASC 2016-cı ilin yekunu ilə bağlı maliyyə hesabatını açıqlayıb

    Bakı. 8 iyul. REPORT.AZ/ “Qazax Şərab-1” ASC 2016-cı ilin yekunu ilə bağlı maliyyə hesabatını açıqlayıb.

    “Report” xəbər verir ki, hesabata əsasən, müəssisə ötən il fəaliyyət göstərməyib.

    Belə ki, 2015-ci ilin yekunu ilə müqayisədə səhmdar cəmiyyətin maliyyə göstəricilərində dəyişiklik yoxdur. Zavodun cəmi aktivləri 580 min manat, o cümlədən cəmi öhdəlikləri 333 min manat, cəmi kapitalı 248 min manat (nizamnamə kapitalı 258 min manat) olmaqla sabit qalıb. Zavodun ötən ilə dair mənfəət-zərər göstəriciləri isə 0-dır.

    Xatırladaq ki, “Qazax Şərab-1” ASC 1999-cu ildə yaradılıb. Zavod rayonun Yuxarı Salahlı kəndindədir. Onun səhmlərinin 55,26%-i “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə, 30,03%-i Dərya Müsəllim oğlu Vəliyevə (“Akkord”un 49%-lik səhmdarı), 10%-i Xalid Bəşir oğlu Bayramova, qalan 4,71%-i isə 38 fiziki şəxsə məxsusdur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi