“Airbus” 30 milyard dollarlıq müqavilə imzalayıb

“Airbus” 30 milyard dollarlıq müqavilə imzalayıb Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilən avia-şouya qatılmış Avropanın təyyarə istehsalçısı - “Airbus” şirkəti 30 milyard dollarlıq 2 kommersiya müqaviləsi imzalayıb.
Biznes
19 Noyabr , 2019 16:02
“Airbus” 30 milyard dollarlıq müqavilə imzalayıb

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilən avia-şouya qatılmış Avropanın təyyarə istehsalçısı - “Airbus” şirkəti 30 milyard dollarlıq 2 kommersiya müqaviləsi imzalayıb.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, müqavilələrdən biri BƏƏ-nin “Emirates” aviaşirkətinə 16 milyard dollar dəyərində 50 ədəd geniş gövdəli sərnişin təyyarəsinin, digər müqavilə isə BƏƏ-nin "Air Arabia" aviaşirkətinə 14 milyard dollar dəyərində 120 ədəd dar gövdəli sərnişin təyyarəsinin satılmasını nəzərdə tutur. 

Son xəbərlər

Orphus sistemi