Ağdam və Tərtərdə partlamış hərbi sursatların qalıqları aşkarlanıb

Ağdam və Tərtərdə partlamış hərbi sursatların qalıqları aşkarlanıb Ümumilikdə 3 469 PHS, 15 PMN, 3 POMZ-2), 1 OZM-72 və 24 ədəd tank əleyhinə mina tapılıb
Biznes
4 Avqust , 2016 17:38
Ağdam və Tərtərdə partlamış hərbi sursatların qalıqları aşkarlanıb

Bakı. 4 avqust. REPORT.AZ/ Ağdam və Tərtər rayonlarında partlamış hərbi sursatların qalıqları aşkar edilib.

Bu barədə “Report”a Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) bildirilib.

Məlumata görə, Ağdam rayonunun Əfətli kəndində 2 əkin sahəsində 4 partlayış yerinə baxış keçirilib, partlamış hərbi sursatların qalıqları aşkar edilərək götürülüb, nəticə etibarilə 7 000 kv.m ərazi yoxlanılıb.

Eyni zamanda, Tərtər rayonunun Həsənqaya kəndində 1 əkin sahəsində 5 partlayış yerinə baxış keçirilib, partlamış hərbi sursatların qalıqları aşkar edilərək götürülüb, nəticə etibarilə 8 000 kv.m ərazi yoxlanılıb.

Ümumilikdə Agentlik tərəfindən aprelin 7-dən avqustun 4-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə və Bakı şəhərlərində 642 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu və 1 çınqıl karxanası ərazisinə baxış keçirilib, 3 469 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 24 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Son xəbərlər

Orphus sistemi