Açıq məkanda reklam fəaliyyətinin tənzimlənməsi ilə bağlı bir sıra məsələlər öz təsdiqini tapıb

Açıq məkanda reklam fəaliyyətinin tənzimlənməsi ilə bağlı bir sıra məsələlər öz təsdiqini tapıb Nazirlər Kabineti bu barədə qərar qəbul edib
Biznes
27 Dekabr , 2017 23:51
Açıq məkanda reklam fəaliyyətinin tənzimlənməsi ilə bağlı bir sıra məsələlər öz təsdiqini tapıb

Bakı. 27 dekabr. REPORT.AZ/ Nazirlər Kabineti açıq məkanda reklam fəaliyyətinin tənzimlənməsi ilə bağlı bir sıra məsələlər haqqında qərar qəbul edib.

“Report” xəbər verir ki, qərara görə, “Açıq məkanda reklam yerləşdirilməsinə verilən icazə”nin forması, “Açıq məkanda yerləşdirilən reklama dair texniki şərtlər pasportu”nun forması və “Açıq məkanda reklam yerləşdirilməsinə dair icazə müqaviləsinin forması və bağlanma Qaydası” təsdiq edilib.

Qərarda həmçinin bildirilir:

“Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 35.2-ci maddəsinə uyğun olaraq, bələdiyyə mülkiyyətində olan daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsi ilə bağlı həmin əmlakdan istifadəyə görə məbləğ:

4.1. reklam yayıcısının həmin reklam daşıyıcısında reklam yerləşdirilməsinə icazə verilməsi üçün ödədiyi (ödəyəcəyi) dövlət rüsumu məbləğinin 10 faizi həcmində müəyyən edilib;

4.2. açıq məkanda reklam yerləşdirilməsinə verilmiş icazənin qüvvədəolma müddətində bir dəfə ödənilir.

Ryni zamanda “Küçə reklamının yayımı və reklam tarifi zonalarının müəyyən edilməsi Qaydaları”nın və “Küçə reklamı lövhəsinin yerləşdirilməsinə verilən icazə sənədinin forması”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008- ci il 23 aprel tarixli 92 nömrəli qərarı ləğv edilib.

Son xəbərlər

Orphus sistemi