Yuxarı

Abşeron rayonundakı marketdə əsassız qiymət artımı olub

Seval marketdə yarlıqdakı qiymətlərlə kassa aparatındakı qiymət fəqli olub

Bakı. 4 mart. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Abşeron rayonu, Bakı-Sumqayıt şosesi, Abşeron Gənclər Şəhərciyi ünvanında Əhəd Əhədova məxsus “Seval” marketdə əsassız qiymət atımına yol verildiyi aşkarlanıb.

“Report” Nazirliyə istinadən xəbər verir ki, aparılan yoxlama zamanı malların yarlığındakı qiymətlərlə nəzarət kassa aparatının fiskal yaddaşında olan qiymətlər arasında fərq yaratmaqla, əsassız qiymət artımına yol verildiyi, bununla da istehlakçıların qiymətdə aldadıldığı aşkar edilib.

Qeyd edək ki, qanun pozuntusuna yol vermiş şəxslər barədə müvafiq tədbirlər görülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi