Yuxarı
    Bağlamaq

    ABŞ, Yaponiya və daha 10 ölkə öz aralarında ticarət maneələrini aradan qaldırır

    Asiya-Sakit Okean regionunda sərbəst ticarət sahəsinin yaradılması nəzərdə tutulub

    Bakı. 6 oktyabr. REPORT.AZ/ ABŞ, Yaponiya və daha 10 ölkə öz aralarında ticarət maneələrini aradan qaldıran, beynəlxalq ticarətdə müştərək qaydalar müəyyən edən anlaşmanın imzalanması barədə razılığa gəliblər.

    "Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, dünya iqtisadiyyatının 40%-ni əhatə edən "Trans-Sakit Okean Tərəfdaşlığı" (Trans-Pacific Partnership,TPP) çərçivəsində Asiya-Sakit Okean regionunda sərbəst ticarət sahəsinin yaradılması nəzərdə tutulub.

    Anlaşmanın tərəfdaşları arasında Şimali Amerikadan ABŞ, Kanada və Meksika, Cənubi Amerikadan Peru və Çili, Asiyadan Yaponiya, Malayziya, Bruney, Sinqapur və Vyetnamla yanaşı Avstraliya və Yeni Zelandiya yer alıb.

    Anlaşma ilə əlaqədar ABŞ və Yaponiya rəsmiləri müxtəlif fikirlər səsləndiriblər. ABŞ prezidenti Barak Obama vurğulayıb ki, TPP-nin yaradılması Çin kimi ölkələrin dünyaya oyun qaydalarını diktə etməyə izin verməyəcək. Yaponiya baş naziri Sindzo Abe isə mətbuat konfransında "Çinin gələcəkdə "TPP"-yə daxil olmasının strateji bir qərar olacağını vurğulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi