ABŞ şirkətləri Azərbaycanın neft sektoruna 9 mlrd. dollar sərməyə yatırıb

ABŞ şirkətləri Azərbaycanın neft sektoruna 9 mlrd. dollar sərməyə yatırıb Azərbaycanın isə ABŞ iqtisadiyyatına investisiyaları 3 mlrd. dollar təşkil edib
Biznes
1 Dekabr , 2016 11:35
ABŞ şirkətləri Azərbaycanın neft sektoruna 9 mlrd. dollar sərməyə yatırıb

Bakı. 1 dekabr. REPORT.AZ/ Amerika şirkətlərinin Azərbaycanda neft-qaz sektoruna indiyədək yatırdığı investisiyaların ümumi həcmi 9 mlrd. dollar olub. "Report" xəbər verir ki, bunu Bakıda keçirilən ilk Azərbaycan-ABŞ biznes forumunda iqtisadiyat nazirinin müavini Sahil Babayev bildirib. 

O qeyd edib ki, Azərbaycanın isə ABŞ iqtisadiyyatına investisiyaları 3 mlrd. dollar təşkil edib və bunun əsas hissəsi Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiyasının payına düşür: "Azərbaycan və ABŞ arasında əməkdaşlığın böyük tarixi var və bu əməkdaşlıq strateji tərəfdaşlıq səviyyəsindədir. İki ölkə arasındakı əməkdaşlıqda Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) da böyük rolu var". 

Tədbirdə çıxış edən Azərbaycanın Amerikadakı səfiri Elin Süleymanov isə bildirib ki, gələn ilin may ayında Amerikada İpək Yolu dəhlizinin inkişafı ilə bağlı forum keçiriləcək.

Son xəbərlər

Orphus sistemi