Bakı. 30 noyabr. REPORT.AZ/ ABŞ, Kanada və Meksika arasında üçtərəfli yeni ticarət sazişi imzalanıb.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, sazişi ABŞ Prezidenti Donald Tramp, Kanadanın baş naziri Castin Tryudo və Meksika Prezidenti Enrike Penya Nyeto imzalayıblar.
İmzalanma mərasimi Böyük 20-lik (G20) ölkələrinin Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən sammitində baş tutub.
Sənəd Şimali Amerika Azad Ticarət Zonası ilə bağlı sazişi əvəz edəcək.