Yuxarı
    Bağlamaq

    ABŞ Cənubi Koreya ilə azad ticarət müqaviləsinin şərtlərini dəyişmək istəyir

    Mövcud anlaşmalar ABŞ-da iş yerlərinin sayının azalmasına gətirib çıxarır

    Bakı. 18 aprel. REPORT.AZ/ ABŞ Cənubi Koreya ilə azad ticarət anlaşmasını yenidən nəzərdən keçirməyə hazırlaşır. 

    "Report"un "Yonhap" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın vitse-prezidenti Mayk Pens Ticarət və Sənaye Palatasında çıxışı zamanı bildirib.

    "Ən önəmli olan odur ki, ABŞ-la Cənubi Koreya arasında ticarət həcmində kəsir azad ticarət anlaşmasının imzalandığı gündən bu günədək 2 dəfə artıb", - M.Pens qeyd edib. 

    Agentlik bildirir ki, Pensin açıqlamalası ABŞ Prezidenti Donald Trampın Cənubi Koreya və digər ölkələrlə azad ticarət anlaşmasının ölkədə iş yerlərinin azalmasına səbəb olması faktına əsaslanır. Vitse-prezident həmçinin əlavə edib ki, yaxın zamanlarda mövcud azad ticarət anlaşmasının dəyişdirilməsi mümkündür.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi