Yuxarı

ABŞ 100 illik yanacaq ehtiyatı olan avtomobil istehsal edib

Avtomobil nüvə gücü ilə çalışır

Bakı. 29 may. REPORT.AZ/ Amerika Birləşmiş Ştatlarının Konnektikut ştatında "Laser Power Systems" şirkəti torium ilə çalışan avtomobil istehsal edib. “Report” Türkiyə mediasına istinadən xəbər verir ki, şirkət bir növ nüvə gücü ilə çalışan avtomobil istehsal edib.

Bununla yanaşı, avtomobilin 100 illik yanacaq ehtiyatını da özündə cəmləşdirdiyi bildirilib. Urandan daha etibarlı nüvə yanacağı maddəsi hesab olunan torium maddəsinin 8 qramı ilə avtomobilin 100 illik yanacaq ehtiyatını təmin etmək olar.

Atom enerjisi mənbəyi olan torium elementi Çin, Avstraliya, Hindistan və Norveçidə mövcuddur, sözügedən maddə Türkiyədə də az miqdarda var.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi