"Zəyəm Texnologiyalar Parkı" maliyyə vəziyyətini açıqlayıb
- 12 avqust, 2025
- 10:59
Yeniliklərdən dərhal xəbərdar olun!
"Zəyəm Texnologiyalar Parkı" ASC (ZTP) bu ilin I yarısını 156 min manat mənfəətlə başa vurub. Halbuki, ZTP ötən ilin eyni dövründən 509 min manat zərərlə çıxmışdı.
"Report" xəbər verir ki, bu il iyulun 1-nə ZTP-nin aktivləri 21,347 milyon manat olub ki, bu da illik müqayisədə 1 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 26 % artaraq 17,495 milyon manata çatıb, balans kapitalı isə 49,9 % azalaraq 3,852 milyon manata düşüb.
ZTP 1962-ci ildən fəaliyyət göstərən "Bakı avtomobil ehtiyat hissələri" zavodunun filialının bazasında 2002-ci ildə, "Zəyəmkəndmaş" adı ilə yaradılıb, 2014-cü ildə onun adı indikinə dəyişdirilib. Şirkətin nizamnamə kapitalı 18,305 milyon manatdır. Onun səhmlərinin 97,29 %-i "AzMade Group" MMC-yə, 2,71 %-i isə 168 fiziki şəxsə məxsusdur. Park ölkə ərazisində sənaye zavodlarının tikintisi və quraşdırılması fəaliyyəti ilə də məşğuldur.