Zaur Əliyev "Caspian European Club"un biznes-forumunda iştirak edəcək

Zaur Əliyev "Caspian European Club"un biznes-forumunda iştirak edəcək Bakı. 10 avqust. REPORT.AZ/ Bu il avqustun 29-da Caspain European Club çərçivəsində Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Dövlət Agentliyinin Sədri Zaur Əliyevin iştirakı ilə biznes-forum keçiriləcək.
Biznes
10 Avqust , 2018 14:22
Zaur Əliyev Caspian European Clubun biznes-forumunda iştirak edəcək

Bakı. 10 avqust. REPORT.AZ/ Bu il avqustun 29-da "Caspain European Club" çərçivəsində Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Dövlət Agentliyinin Sədri Zaur Əliyevin iştirakı ilə biznes-forum keçiriləcək. 

Bu barədə "Report"a "Caspian European Club"un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Onun sözlərinə görə, "Caspian European Club"un sahə klubların iclasları çərçivəsində irəli sürülmüş təkliflərin müzakirəsi nəticəsində təşəbbüs göstərilmiş bu görüş iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən şirkətlərin xahişi ilə təşkil olunub.

O, biznes-forumda Klub şirkətlərinin rəhbərlərinin icbari tibbi sığorta sahəsi ilə bağlı təşəbbüs və təkliflərinin müzakirə olunacağını əlavə edib. Telman Əliyev qeyd edib ki, forum çərçivəsində biznesmenlərə həmçinin onları maraqlandıran suallara cavab almaq imkanı yaradılacaq.

“Öz növbəmdə qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Dövlət Agentliyi və Zaur Əliyev biznes-hakimiyyət dialoqunda fəal iştirak edir və şirkətlərin müraciət etdikləri bütün xahiş, problem və təkliflərə operativ reaksiya göstərirlər. Ümid edirəm ki, əməkdaşlıq bu formatda gələcəkdə də davam edəcək”, - Telman Əliyev çıxışına yekun vurub.

Biznes-forumda "Caspian European Club"un saytında http://www.caspianenergy.org/index.php/2018-01-09-13-22-37/registration/item/340-business-forum-29-08-2018 linki üzrə qeydiyyatdan keçmiş şirkətlər iştirak edə bilərlər.

Sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən çox şirkət və təşkilatı birləşdirən "Caspian European Club" 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və "Caspian Energy International Media Group"un fəa iştirakı ilə yaradılıb.

2016-cı il dekabrın 24-də "Caspian American Club", 2018-ci il yanvarın 26-da "Caspian Asian Club" təsis olunub. Hər iki təşkilat 2 il ərzində "Caspian European Club"un idarə heyətinin üzvləri tərəfindən idarə olunacaq. "Caspian European Club"a daxil olan bütün şirkətlər avtomatik qaydada "Caspian American Club" və "Caspian Asian Club"un, "Caspian American Club" və "Caspian Asian Club"a daxil olanlar isə "Caspian European Club"un üzvü hesab olunurlar. "Caspian European Club"un Sdəri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir.

Son xəbərlər

Orphus sistemi