Xəzər Texniki Konfransı işə başlayıb

Xəzər Texniki Konfransı işə başlayıb Neft Mühəndisləri Cəmiyyətinin (SPE) təşkilatçılığı ilə video formatda keçirilən illik Xəzər Texniki Konfransı işə başlayıb.
Biznes
6 Oktyabr , 2021 15:05
Xəzər Texniki Konfransı işə başlayıb

Neft Mühəndisləri Cəmiyyətinin (SPE) təşkilatçılığı ilə videoformatda keçirilən illik Xəzər Texniki Konfransı işə başlayıb.

“Report” xəbər verir ki, “Yeni həqiqətlərə uyğunlaşmaq: mümkün qədər səmərəli çalışmaq” mövzusuna həsr olunan konfrans çərçivəsində Azərbaycanın və bütövlükdə Xəzər regionunun neft kəşfiyyatı və hasilatı bazarının cari vəziyyətinə həsr olunmuş üç panel sessiyası keçiriləcək.

Konfransın birinci günü “Hazırkı dəyişkən şəraitdə səmərə artımı” adlı panel sessiyasının moderatoru “Wood Mackenzie” analitik mərkəzinin enerji vitse-prezidenti Malkolm Forbs-Keybl (Malcolm Forbes-Cable) olub.

Sessiyada “Schlumberger” enerji texnologiyaları şirkətinin Azərbaycan və Türkmənistan üzrə idarəçi direktoru Maria Yunda, SOCAR AQS MMC-nin nümayəndəsi Famil Xələfov, “Equinor” neft şirkətinin Rusiya və Azərbaycanda yeraltı işləri vitse-prezidenti Terye Dal tərəfindən məruzələr təqdim edilib.

Tədbirin açılışında çıxış edən SOCAR-ın yataqların işlənməsi vitse-prezidenti Yaşar Lətifov görülən işlərdə ekoloji məsuliyyət və əmliyyatların səmərəli olmasının vacibliyini vurğulayaraq, rəqəmsal texnologiyaların daha geniş tətbiq olunacağını qeyd edib.

“BP” şirkətinin Azərbaycan, Gürcüstan, Türkiyə üzrə regional prezidenti Qari Cons neft-qaz sənayesində bilik mübadiləsi və ixtisasartırma baxımdan SPE-nin mühüm işlər gördüyünü bildirib.

“Total Energies Azerbaijan” şirkətinin baş direktoru Regis Aqut da neft-qaz sənayesində cari vəziyyətdən danışıb.

Qeyd edək ki, Xəzər Texniki Konfransı regionun neft-qaz sənayesindəki mühüm layihələrin müzakirəsi üçün mötəbər beynəlxalq platformdur. Bu ilki konfransa ev sahibliyi edən SOCAR ilə yanaşı, “BP Azerbaijan”, “Schlumberger”, “Worley”, “TCO”, “Total Energies”, “Equinor”, “Halliburton”, “Baker Hughes”, “DeGolyer”, “MacNaughton”, “Intera” şirkətləri sponsor dəstəyi göstərib.

Son xəbərlər

Orphus sistemi