“Volkswagen Group”un mənfəəti 81% azalıb
Biznes
- 29 aprel, 2020
- 08:27
Bu ilin I rübündə Almaniyanın avtomobil istehsalçısı “Volkswagen Group”un satışdan gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 8,2% azalaraq 55,1 milyard avroya düşüb.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, hesabat dövründə şirkət, təxminən, 2 milyon ədəd avtomobil tədarük edib ki, bu da illik müqayisədə 23% azdır.
Son nəticədə “Volkswagen Group”un xalis mənfəəti 81,4% azalaraq 900 milyon avro olub.
“Koronavirus (COVID-19) pandemiyası I rübdə işlərimizə əhəmiyyətli dərəcədə təsir etdi. Xərcləri azaltmaq və likvidliyi təmin etmək üçün bir çox tədbirlər görmüşük və maddi cəhətdən sağlam vəziyyətdəyik. "Volkswagen Group" misilsiz böhranı diqqət və qətiyyətlə idarə etməyə çalışır” - şirkətin maliyyə meneceri Frank Vitter bildirib.
Son xəbərlər
04:56
"OpenAI" şirkəti "ChatGPT Images" təsvir yaratma modelini təqdim edib
İKT04:28
Tramp Venesuela hakimiyyətini terror təşkilatı kimi tanıyıb
Digər ölkələr04:14
Böyük fondların idarəçiləri 2026-cı ildə dünya iqtisadiyyatının artacağını gözləyirlər
Biznes03:57
Rusiya ABŞ ilə texnoloji sövdələşmədə Böyük Britaniyanı əvəz edə biləcəyini açıqlayıb
Region03:42
"Bloomberg": ABŞ Avropa İttifaqını İT şirkətlərinə tətbiq edilən vergilərə görə qisasla hədələyib
İKT03:21
BMT-dəki daimi nümayəndə: Azərbaycan milli səviyyədə rəqəmsal transformasiyanı strateji prioritet elan edib
Xarici siyasət02:51
NYT: ABŞ miqrantların saxlanılması üçün Quantanamodan istifadəni bərpa edib
Digər ölkələr02:18
Hyustonda Azərbaycan vətəndaşları üçün səyyar konsulluq xidməti təşkil olunacaq
Xarici siyasət02:10