Vladimir Putin: "Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 62% artıb"

Vladimir Putin: "Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 62% artıb" "İki ölkə arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır"
Biznes
1 Noyabr , 2017 19:37
Vladimir Putin: Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 62% artıb
AZƏRTAC

Bakı. 1 noyabr. REPORT.AZ/ İranın paytaxtı Tehran şəhərində Rusiya prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyevin görüşü olub.

"Report" TASS-a istinadən xəbər verir ki, görüş İran prezidenti Həsən Ruhaninin iştirakı ilə keçiriləcək üçtərəfli Zirvə görüşündən əvvəl təşkil olunub.

V.Putin bildirib ki, əlaqələrin inkişafı istiqamətində göstərilən səylər əbəs deyil. Dövlət başçısı buna misal olaraq ilk 9 ayda ticarət dövriyyəsinin, təxminən, 62% artdığını göstərib: "Biz digər istiqamətlərdə də işləyirik. Daima regional məsələlər üzrə məsləhətləşmələr aparırıq. Sizinlə ikitərəfli formatda görüşmək imkanı olduğu üçün çox məmnunam".

Onun sözlərinə görə, Rusiya ilə Azərbaycan arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır. 

Son xəbərlər

Orphus sistemi