Bakı. 30 noyabr. REPORT.AZ/ " "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşması "LUKoyl"-un İraqdakı fəaliyyəti üçün təhlükə törətmir".
"Report" xəbər verir ki, bunu İraqın neft naziri Adil Əbdül Mehdi ilə görüşdən sonra Rusiyanın "LUKoyl" neft şirkətinin prezidenti Vahid Ələkbərov bildirib.
"Biz orada işləmirik, biz cənubdayıq, orada bizim problemimiz yoxdur. İraqın cənubu stabildir", — deyə V.Ələkbərov qeyd edib.