USACC Azərbaycan və ABŞ arasında ticarət missiyalarını bərpa etmək niyyətindədir

Biznes
  • 29 oktyabr, 2021
  • 08:47
USACC Azərbaycan və ABŞ arasında ticarət missiyalarını bərpa etmək niyyətindədir

ABŞ-Azərbaycan Ticarət Palatası (USACC) 2022-ci ildə ABŞ-dan Azərbaycana ticarət missiyasının səfərini, həmçinin Azərbaycanın kənd təsərrüfatı şirkətlərinin ABŞ-a ticarət missiyasının səfərini təşkil etməyi planlaşdırır.

Bu barədə “Report”a USACC-dan məlumat verilib.

“Ötən il qlobal pandemiyanın baş qaldırması səbəbindən ABŞ şirkətlərinin Azərbaycana rəsmi ticarət səfərini, həmçinin Azərbaycanın kənd təsərrüfatı şirkətlərinin ABŞ-a ticarət missiyasının səfərini təşkil etmək mümkün olmadı. Şərtlər imkan verərsə, 2022-ci ildə hər iki istiqamətdə ticarət missiyalarımızı bərpa etməyi planlaşdırırıq”, - USACC-dən bildirilib.

Palatadan deyilib ki, ticarət missiyaları hər iki ölkənin müəssisələri arasında əlaqələrin qurulması, həmçinin bazara yeni oyunçuların daxil olması və ya mövcud şirkətlərə bazardakı iştirakı genişləndirmək imkanı yaradılması baxımından hər zaman faydalıdır.

Gələcək planlara gəlincə, USACC Azərbaycanın ABŞ-ın ayrı-ayrı ştatları ilə ticarət və işgüzar əlaqələrini genişləndirmək niyyətində olduqlarını açıqlayıb. Bu baxımdan, Vaşinqton ştatı və Yeni İngiltərə regionu gələcək üçün prioritetlər sırasındadır.

“1995-ci ildə yaradıldıqdan sonra USAAC hər iki bazarda uzunmüddətli işgüzar əlaqələr qurmağa çalışan ABŞ və Azərbaycan şirkətləri üçün həyati əhəmiyyətli resurs rolunu oynayır. Ticarət Palatasına iqtisadiyyatın kənd təsərrüfatı, bank işi və maliyyə, mehmanxana işi və yüksək texnologiyalar və s. kimi əsas sektorlarında fəaliyyət göstərən müxtəlif şirkətlər daxildir”, - USACC-də qeyd edilib.

Son xəbərlər

Bütün Xəbər Lenti