Türkiyədən Azərbaycana polad ixracı iyunda 48 % azalıb

Biznes
  • 07 iyul, 2023
  • 14:00
Türkiyədən Azərbaycana polad ixracı iyunda 48 % azalıb

Bu ilin yanvar-iyun aylarında Türkiyədən Azərbaycana 57 milyon 65 min ABŞ dolları dəyərində polad ixrac olunub.

“Report” xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 14 % azdır.

Təkcə iyunda isə Türkiyədən ölkəmizə 9 milyon 440 min ABŞ dolları dəyərində polad gətirilib ki, bu da illik müqayisədə 47,8 % azdır.