Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yük daşımaları 25,5% artıb
Biznes
- 05 noyabr, 2019
- 13:03
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
“Son illər Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (“Orta dəhliz”) üzrə daşınan yüklərin həcmi artıb”.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava Çinin nəqliyyat naziri Li Siaopan ilə keçirdiyi görüşdə bildirib.
Onun sözlərinə görə, təkcə 2018-ci ildə bu dəhlizlə 1 332 TEU tipli yük konteyneri daşınıb.
Nazir deyib ki, 2019-cu ilin ilk doqquz ayı ərzində “Orta dəhliz”lə 1 215 TEU tipli yük konteyneri daşınıb ki, bu da illik müqayisədə 25,5% çoxdur.
N.Turnava Gürcüstan hökumətinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu vasitəsilə daşınmaların həcminin gələcəkdə daha da artırılmasında maraqlı olduğunu qeyd edib.
Son xəbərlər
03:15
Müxalifətin namizədi İsrail Knessetinin spikeri seçilib
Digər ölkələr
02:33
Millətlər Liqasında pley-off mərhələsinin bütün iştirakçıları müəyyənləşib
Futbol
02:14
Norveçdə pensiya yaşı artırıla bilər
Digər ölkələr
01:44
UEFA Millətlər Liqasında qrup mərhələsinin son oyunları keçirilib
Futbol
01:19
Azərbaycanın qadın basketbol millisi İslandiyaya məğlub olub
Komanda
01:10
Apple xidmətlərində yaranan nasazlığın səbəbini açıqlayıb
İKT
00:36
Günəşdə güclü alışma baş verib
Ekologiya
00:03
Foto
Cəlilabadda bələdiyyə sədri qəfil vəfat edib
Hadisə
23:54
MEE: ABŞ HHM sahəsində Səudiyyə Ərəbistanına kömək edəcək
Digər ölkələr