“Toyota” daxili bazar üçün “Camry” istehsal etməyəcək

“Toyota” daxili bazar üçün “Camry” istehsal etməyəcək Yaponiyanın avtomobil nəhəngi “Toyota” şirkəti bu ilin sonunda dünyada ən populyar biznes-sinif sedanlardan olan “Camry” modelinin daxili bazar üçün istehsalını dayandıracaq.
Biznes
23 Mart , 2023 11:00
“Toyota” daxili bazar üçün “Camry” istehsal etməyəcək

Yaponiyanın avtomobil nəhəngi “Toyota” şirkəti bu ilin sonunda dünyada ən populyar biznes-sinif sedanlardan olan “Camry” modelinin daxili bazar üçün istehsalını dayandıracaq.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb həmin modelin daxili bazarda satışlarının ildən-ilə azalmasıdır.

Belə ki, ötən il Yaponiyada cəmi 6 min ədəd “Camry” satılıb. Odur ki, həmin modelin istehsalı yalnız xarici bazarlar üçün davam etdiriləcək.

Xatırladaq ki, “Camry”nin istehsalına 1980-ci ildə başlanılıb. Bu günə qədər 21 milyon ədəd satış olub ki, onun da 13 milyonu ABŞ-ın payına düşüb.

Son xəbərlər

Orphus sistemi