Sərhədyanı rayonlarda fəaliyyət göstərən qadın sahibkarlara dəstək göstəriləcək

Biznes
  • 12 aprel, 2019
  • 13:47
Sərhədyanı rayonlarda fəaliyyət göstərən qadın sahibkarlara dəstək göstəriləcək

“Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) Tovuz rayonunda fəaliyyət göstərən qadın sahibkarları dəstəkləyəcək”.

Bunu “Report”a Assosiasiyanın İdarə Heyətinin sədri Səkinə Babayeva bildirib.

S.Babayeva vurğulayıb ki, sərhədyanı rayonlarda yaşayan qadınlara dəstək layihəsi çərçivəsində Tovuzda fəaliyyət göstərən qadın sahibkarlar üçün seminarlar təşkil olunacaq və onlara avadanlıqların alınmasında kömək göstəriləcək. Layihənin icrasına bu ayın sonunadək başlanılacaq.

O, avadanlıqların alınması prosesi barədə danışarkən qeyd edib ki, həmin sahibkar xanımların və Assosiasiyanın üzvlərinin iştirakı ilə komissiya yaradılacaq. “Bu komissiya həmin prosesin təşkili ilə məşğul olacaq, avadanlıqlara olan ehtiyacları araşdıracaq və onların alınmasına kömək edəcək. Bu layihə bütün sahələri əhatə edəcək”, - deyə S.Babayeva vurğulayıb.

44 - Tezliklə