“Tesla” özünün ən sürətli elektromobilini təqdim edib

“Tesla” özünün ən sürətli elektromobilini təqdim edib “Model S Plaid” avtomobilinin qiyməti təxminən 130 min ABŞ dollarıdır
Biznes
11 İyun , 2021 11:12
“Tesla” özünün ən sürətli elektromobilini təqdim edib

ABŞ-ın “Tesla” şirkəti özünün yeni “Model S Plaid” elektromobilini təqdim edib.

Report” TASS-a istinadən xəbər verir ki, “Tesla”nın rəhbəri İlon Maskın apardığı təqdimat şirkətin saytında canlı yayımlanıb.

İş adamı bildirib ki, tənqidçilər “Model S” avtomobilinin yenilənmiş versiyasının son dərəcə sürətli olacağına diqqəti yönəldirdilər və bu cür avtomobillərin buraxılmasına ehtiyac olmadığını qeyd edirdilər. Maskın sözlərinə görə, “Model S Plaid” avtomobilinin işlənib hazırlanması “dayanıqlı energetikanın gələcəyi baxımından son dərəcə əhəmiyyətlidir”.

“Biz, elektromobillərin şəksiz ən yaxşı avtomobillər olduğunu göstərməli idik”, - biznesmen deyib.

“Tesla” şirkətindən bildirirlər ki, “Model S Plaid” bu istehsal seriyasının ən sürətli avtomobilidir. Mask hesab edir ki, “Model S Plaid” istənilən idman avtomobilindən daha sürətlidir. O, istənilən “Porsche”dən daha sürətli, istənilən “Volvo”dan daha təhlükəsizdir”. Onun sözlərinə görə, “Model S Plaid” 2 saniyədən daha az müddətə 96,5 km/saat sürət yığa bilir. Avtomobilin maksimal sürəti isə 320 km/saatdır. Maşın şarjsız 620 km-dən çox məsafə qət edə bilər. “Model S Plaid” avtomobilinin qiyməti təxminən 130 min ABŞ dollarıdır.

Mask qeyd edib ki, artıq 25 “Model S Plaid” avtomobili sifarişçilərinə təqdim edilir. Yaxın həftə ərzində daha yüzlərlə maşın sifarişçilərinə çatdırılacaq.

Xatırladaq ki, “Tesla” şirkətinin əsası 2003-cü ildə İlon Mask tərəfindən qoyulub. Şirkətin mənzil-qərargahı Kaliforniya ştatının Palo-Alto şəhərindədir. Şirkət ilk vaxtlarda yalnız elektromobil istehsalı üzrə ixtisaslaşsa da, sonradan günəş batareyalarının və digər enerji toplayıcı sistemlərin istesalı ilə də məşğul olmağa başlayıb.

Son xəbərlər

Orphus sistemi