"Təmiz Şəhər" tender elan edib

Biznes
  • 25 yanvar, 2017
  • 05:35
Təmiz Şəhər tender elan edib

Bakı. 25 yanvar. REPORT.AZ/ Balaxanı bərk məişət tullantılarının zərərsizləşdirilməsi poliqonunda və Böyükşor gölündə ekoloji monitorinqin və laborator analizlərinin aparılması işlərinin alınması məqsədilə "Təmiz Şəhər" ASC açıq tender keçirir.

"Report"un "Respublika" qəzetinə istinadən verdiyi məlumata görə, tender bir lot üzrə keçirilir.

Tenderdə iştirak haqqı 200 manat təşkil edir.

İddiaçılar tenderdə iştirak etmək üçün zəruri sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) fevralın 28-nə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş 9 mart saat 17:00-dək "Təmiz Şəhər" ASC-nin Bakı şəhəri, Xocalı prospekti,55 ünvanında yerləşən ofisinə təqdim etməlidirlər.

İddiaçıların təklifləri 10 mart saat 17:00-da həmin ünvanda açılacaq.