TAİB rəhbəri: “Türkiyəli iş adamları Qarabağdakı potensial sənaye imkanlarını nəzərdən keçirəcək”

TAİB rəhbəri: “Türkiyəli iş adamları Qarabağdakı potensial sənaye imkanlarını nəzərdən keçirəcək” “Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyinin əsas məqsədi birlik və əməkdaşlığın gücləndirilməsi, iş fürsətlərini birgə dəyərləndirmək, layihələr üzərində işləməkdir. Bizim qarşıdakı 18 ay içərisində geniş proqramımız mövcuddur. Bunlara, iş adamlarını
Biznes
3 Noyabr , 2021 08:32
TAİB rəhbəri: “Türkiyəli iş adamları Qarabağdakı potensial sənaye imkanlarını nəzərdən keçirəcək”

“Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyinin əsas məqsədi birlik və əməkdaşlığın gücləndirilməsi, iş fürsətlərini birgə dəyərləndirmək, layihələr üzərində işləməkdir. Bizim qarşıdakı 18 ay içərisində geniş proqramımız mövcuddur. Bunlara, iş adamlarının Şuşaya səfəri, genişləndirilmiş Zirvə toplantısı və maliyə simpoziumu da daxildir”.

Bunu “Report”un yerli bürosuna müsahibəsində Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyinin (TAİB) rəhbəri Neslihan Tombul bildirib.

Onun sözlərinə görə, tekstil firmaları, dərman zavodları, tekstil fabrikləri, sığorta şirkətləri və müxtəlif sektorlardan olan iş adamları Qarabağın yenidən qurulmasında olduqca maraqlıdır:

“Birliyin səfərində məhz bu məsələlər dəqiqləşdiriləcək. Türkiyədən və Azərbaycandan olan iş adamları Qarabağdakı potensial sənaye imkanlarını nəzərdən keçirəcək. Əsas olan isə bu mövzuda xoş niyyətimizin, pozitiv planlarımızın və kifayət qədər bilik-bacarıqlarımızın olmasıdır”.

Son xəbərlər

Orphus sistemi