Tahir Mirkişili: "Son iki ayın təhlilləri göstərir ki, kifayət qədər ehtiyatlı olmalıyıq"

Tahir Mirkişili: "Son iki ayın təhlilləri göstərir ki, kifayət qədər ehtiyatlı olmalıyıq" Tahir Mirkişili: "Son iki ayın təhlilləri göstərir ki, biz kifayət qədər ehtiyatlı olmalıyıq"
Biznes
5 Avqust , 2020 11:17
Tahir Mirkişili: Son iki ayın təhlilləri göstərir ki, kifayət qədər ehtiyatlı olmalıyıq

"Yeni növ koronavirus infeksiyasının (COVİD-19) dünyada sürətlə yayılması qlobal iqtisadiyyatda neqativ meyllərin artmasına, dünya enerji və səhm bazarlarında kəskin dalğalanmalara səbəb olub:

"Report" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında, "2020-ci il dövlət büdcəsi haqqında" qanuna dəyişikliklərlə bağlı müzakirələrdə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib. 

“İstər dünyada, istərsə də ölkəmizdə iqtisadi şərtlər kifayət qədər dəyişib. Son iki ayın təhlilləri göstərir ki, biz kifayət qədər ehtiyatlı olmalıyıq. Ona görə də Prezident İlham Əliyevin tapşırığı ilə belə bir qanun layihəsi hazırlanıb və sənəddə sosial xərclərə böyük önəm verilməsi, heç bir sosial paketin ixtisar olunmaması tövsiyə edilib”, - o qeyd edib. 

Son xəbərlər

Orphus sistemi