Sumqayıt Kimya Sənaye Parkında yeni rezident

Sumqayıt Kimya Sənaye Parkında yeni rezident  Sumqayıt Kimya Sənaye Parkında yeni rezident - “Novus Plastica” MMC qeydiyyata alınıb və bununla da Sənaye Parkının rezidentlərinin sayı 24-ə çatıb.
Biznes
31 Avqust , 2020 11:11
Sumqayıt Kimya Sənaye Parkında yeni rezident

İqtisadiyyat Nazirliyinə məxsus "Sumqayıt Kimya Sənaye Parkı" MMC-də yeni rezident - “Novus Plastica” MMC qeydiyyata alınıb və bununla da Parkın rezidentlərinin sayı 24-ə çatıb.

Bu barədə "Report"a nazirlikdən bildirilib.

Məlumata görə, yeni rezident Parkın ərazisində “Polimer materialların emalı” layihəsi həyata keçirəcək. Layihə çərçivəsində yaradılacaq müəssisədə Yaponiya və Almaniyanın qabaqcıl texnologiyalarının tətbiqi ilə iki istiqamət üzrə - polietilen borular üçün qara karbon konsentratı və mavi konsentrat, həmçinin polimer istehsalı zamanı yaranan qeyri-standart polimerlər və polimer kompozisiya materialları istehsal ediləcək.

İnvestisiya dəyəri 11 milyon manat olan müəssisədə 100-dən çox insan daimi işlə təmin ediləcək.

İstehsal olunacaq məhsullar daxili bazarın təlabatını ödəməklə yanaşı, “Made in Azerbaijan” brendi ilə bir sıra xarici ölkələrə də ixrac olunacaq.

Son xəbərlər

Orphus sistemi