Strateji yol xəritələrində İqtisadiyyat Nazirliyi üzrə SKMF-nin icraçı olduğu tədbirlərin icrası müzakirə edilib
- 13 noyabr, 2017
- 16:15
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 13 noyabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyində strateji yol xəritələrində nəzərdə tutulmuş və Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) icraçı olduğu tədbirlərin icrası ilə bağlı iqtisadiyyat nazirinin müvafiq əmri ilə müəyyən olunmuş əlaqələndirici struktur bölmələrin iştirakı ilə iclas keçirilib.
Bu barədə “Report”a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.
İclasda strateji yol xəritələrinin Tədbirlər Planlarında İqtisadiyyat Nazirliyi üzrə Fondun icraçı olduğu tədbirlərin icra vəziyyəti müzakirə edilib, tapşırıqların icra vəziyyəti və gedişatı barədə hesabat məruzələri dinlənilib.
İclasda tədbirlərin icrasının tamamlanması üçün görülməsi tələb olunan işlər və gözlənilən nəticələr barədə müzakirələr aparılıb.
İclasda həmçinin "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"ndə nəzərdə tutulmuş müvafiq tapşırıqların icrası ilə əlaqədar hazırlanacaq inkişaf proqramlarının əhatə edəcəyi məsələlər və tədbirlər də müzakirə edilib.
Strateji yol xəritələrində İqtisadiyyat Nazirliyinin içraçı olduğu tapşırıqların icra vəziyyətinin iqtisadiyyat nazirinin müvafiq əmri ilə müəyyən olunmuş icraçıların və Nazirlik üzrə aidiyyəti əlaqələndirici struktur bölmələrin iştirakı ilə müzakirəsinin aparılması tədbirləri davam etdirilir.