STP Şirkətlər Qrupu yeni əməkdaşlığa imza atıb

STP Şirkətlər Qrupu yeni əməkdaşlığa imza atıb “Almet Holding” ASC və STP Şirkətlər Qrupu arasında qrupa məxsus Armatur İstehsalı Zavodunun idarə edilməsinə dair birgə əməkdaşlığa imza atılıb. Tərəflərin imzaladığı müqaviləyə əsasən “Almet Holding”in törəmə şirkəti olan “ASPM” MMC, sözügedən zavodda a
Biznes
20 İyun , 2024 10:32
STP Şirkətlər Qrupu yeni əməkdaşlığa imza atıb

“Almet Holding” ASC və STP Şirkətlər Qrupu arasında qrupa məxsus Armatur İstehsalı Zavodunun idarə edilməsinə dair birgə əməkdaşlığa imza atılıb. Tərəflərin imzaladığı müqaviləyə əsasən “Almet Holding”in törəmə şirkəti olan “ASPM” MMC, sözügedən zavodda armaturun istehsalını həyata keçirəcək.

STP Şirkətlər Qrupundan verilən məlumatda, zavodun fəaliyyətində məhsuldarlığın artırılması baxımından bu tərəfdaşlığın çox səmərəli olacağı vurğulanıb. İstehsalat prosesində tərəflərin potensial və təcrübələrinin birləşdirilməsi zavodun fəaliyyətinə müsbət təsir göstərmiş olacaq.

STP Şirkətlər Qrupunun təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı *0990 Məlumat Mərkəzinə zəng edərək, şirkətin rəsmi internet səhifəsini (www.stp.az) və ya sosial şəbəkələrdə mövcud səhifələrini izləyərək əldə edə bilərsiniz.

Son xəbərlər

Orphus sistemi