“Sony”nin səhmləri kəskin ucuzlaşıb
- 04 fevral, 2019
- 11:15
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 4 fevral. REPORT.AZ/ Yaponiyanın “Sony" şirkətinin səhmlərinin qiyməti 8,9% aşağı düşüb.
"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu, son 3-4 il ərzində ən kəskin ucuzlaşmadır.
Qiymət azalmasına səbəb şirkətin rüblük maliyyə göstəricilərinin proqnozları doğrultmamasıdır.
Belə ki, 2018-2019-cu maliyyə ilinin III rübündə "Sony" proqnozlardan 100 mln. dollar çox - 3,4 mlrd. dollar əməliyyat mənfəəti əldə etsə də, onun ümumi dövriyyəsi 10% azalaraq 21,9 mlrd. dollara düşüb. Bundan başqa, rüb ərzində şirkətin oyun cihazlarının satışından mənfəəti 14% azalaraq 666 mln. dollar təşkil edib.
Son nəticədə "Sony" maliyyə ili üzrə mənfəət proqnozunu 79,4 mlrd. dollardan 77,6 mlrd. dollara endirib.